Bir brif, dörd səhifə
Sizin şəxsi sosial media agentiniz.
Brendinizin bütün səhifələrini bir yerdən idarə edin. Brifi yazırsınız — agent hər səhifə üçün mətni və vizualı hazırlayır; oxuyub düzəldirsiniz, post seçdiyiniz vaxtda özü paylaşılır.
- Birbaşa dərc olunur:
- TikTok
Xüsusiyyətlər
Tətbiqin içində nə var
Mətn və vizual redaktoru, təqvim, təsdiq lövhəsi, komanda idarəetməsi. Neçə brendiniz varsa, hamısı bir hesabda.
Necə işləyir
Birinci postunuza qədər üç addım
Səhifələri bir dəfə qoşursunuz. Ondan sonra hər post elə bu yolla gedir.
- 1
Səhifələri qoşun
Ayarlardan Facebook səhifənizi, Instagram, LinkedIn və TikTok hesabınızı bağlayın. Hər brend üçün bir dəfə.
- 2
Postu hazırlayın
Brifi yazın, mətnlə vizual hər səhifə üçün ayrıca hazırlansın. Göndərməzdən əvvəl postu səhifənin öz görünüşündə — lentdə və ya storidə — yoxlayın.
- 3
Vaxtını seçin
Saatı təqvimdən seçirsiniz, sonra əlinizi çəkirsiniz. Post vaxtında gedir; alınmasa, bildiriş gəlir və yenidən cəhd edirsiniz.
Qiymətlər
Özünüzə uyğun planı seçin
Hər planda aylıq kredit limiti var: mətn, şəkil və video generasiyası ondan çıxır. Dərc etmək, təqvim və komanda limitsizdir.
İllik ödənişə keçsəniz 2 ay pulsuzdur
Standart
Tək brend, müntəzəm qrafik.
$19/ ay
Aylıq ödəniş, istənilən vaxt dayandırın
200 kredit/ay
- Təxminən 200 post mətni
- və ya 100 şəkil
- və ya 11 video (6 san)
- 5 brendə qədər
- Ən çox seçilən
Plus
Hər gün post, video daxil.
$39/ ay
Aylıq ödəniş, istənilən vaxt dayandırın
450 kredit/ay
- Təxminən 450 post mətni
- və ya 225 şəkil
- və ya 25 video (6 san)
- 5 brendə qədər
Pro
Çox brend, gündəlik video.
$79/ ay
Aylıq ödəniş, istənilən vaxt dayandırın
1000 kredit/ay
- Təxminən 1000 post mətni
- və ya 500 şəkil
- və ya 55 video (6 san)
- 5 brendə qədər
Enterprise
Agentliklər və böyük komandalar: fərdi limitlər və şərtlər.
Fərdi
Həcminizə və komandanıza görə qiymət
3000 kredit/ay
- Təxminən 3000 post mətni
- və ya 1500 şəkil
- və ya 166 video (6 san)
- 20 brendə qədər
Rəqəmlər Standart model üçündür. Ultra daha güclü modeldir və daha çox kredit tutur; qiymət cədvəli hesabınızın Abunəlik bölməsindədir. İllik plan bir dəfəyə ödənilir, kredit isə hər ay yenilənir.
Qiymətlər ABŞ dollarındadır. Kartla ödəniş manatla, 1 $ = 1,70 ₼ məzənnəsi ilə aparılır.
Növbəti dərc: bu gün, 18:45
Bu həftənin postlarını bu gün planlaşdırın
Qeydiyyat bir neçə dəqiqə çəkir: brendinizi yaradın, səhifələri qoşun. İlk postu elə bu gün göndərə bilərsiniz.
Hesab yaradın